ABŞ yüz minlərlə turist və işgüzar vizanı ləğv edə BİLƏR
ABŞ administrasiyası ölkədə sığınacaq almaq üçün müraciət etmiş və ya müraciəti hələ baxılma mərhələsində olan xarici vətəndaşların 200 minə qədər turist və işgüzar vizasını ləğv etməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə Associated Press (AP) ABŞ Dövlət Departamentinin sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət ABŞ-də sığınacaq üçün müraciət edən və ya müraciətlərinin rəsmiləşdirilməsi prosesi davam edən əcnəbilərə verilmiş turist və işgüzar vizalardan gedir.
Qeyd olunur ki, Vaşinqtonun bu addımı yüz minlərlə xarici vətəndaşın ABŞ-yə giriş imkanlarına təsir göstərə bilər.
NURİYYƏ













