Hürrəm sultanın uşaqlıq FOTOSU
“Möhtəşəm Yüzil” serialında Hürrem Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Meryem Uzerli uşaqlıq fotolarını sosial şəbəkə hesabında paylaşıb.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa arxiv görüntülərini “Balaca Meryem” qeydi ilə izləyicilərinə təqdim edib.
Qeyd edək ki, Meryem Uzerli çoxmədəniyyətli ailədə böyüyüb. Atası türk, anası isə almandır. Aktrisa daha əvvəl valideynlərinin münasibətlərinin onun üçün hər zaman nümunə olduğunu bildirib.
Uzerli iki qız övladı böyüdür. Aktrisanın böyük qızı Lara 2014-cü ildə dünyaya gəlib. O, 2021-ci ildə ikinci dəfə ana olub və Lily adlı qız övladını dünyaya gətirib.
NURİYYƏ













