Hindistanda dörd qollu və dörd ayaqlı körpə dünyaya GƏLDİ
Hindistanda dörd qolu və dörd ayağı olan körpə dünyaya gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə “Need To Know” məlumat yayıb.
Bildirilib ki, nadir patologiyası olan körpə avqustun 23-də Madhya-Pradeş ştatının Lavkuşnaqar şəhərində 29 yaşlı yerli qadının övladı olaraq dünyaya gəlib.
Körpənin bədənində əlavə ətraf cütlərinin olduğu və onların döş qəfəsinin yuxarı hissəsi ilə qarın nahiyəsinə birləşdiyi müəyyən edilib. Həkimlər bunun hamiləlik dövründə körpənin bədənində inkişaf edən “parazit əkiz” adlanan nadir hal ola biləcəyini düşünürlər.
Yenidoğulmuş sağ qalıb və vəziyyəti stabil olaraq qiymətləndirilir. Onun çəkisi təxminən 3 kiloqramdır. Hazırda həkimlər müalicə strategiyasını müəyyənləşdirmək üçün körpəni tam müayinədən keçirməyə hazırlaşırlar.
Qeyri-adi görünüşə malik körpənin doğulmasından sonra xəstəxananın qarşısına onu görmək istəyən çoxsaylı insanlar toplaşıb. Hindistanda bəzi inanclı insanlar bu cür anomaliyaları olan uşaqları ilahənin təcəssümü hesab edirlər.
Qeyd edək ki, daha əvvəl Misirdə həkimlər 11 günlük qız uşağının qarnından “parazit əkiz” çıxarıblar. Onun tam inkişaf etmiş bacısının hesabına inkişaf etdiyi və onun orqanizmindən qidalandığı bildirilmişdi.
Xədicə BAXIŞLI













