ABŞ-nin hərbi-nəqliyyat təyyarəsi Avropa üzərində həyəcan siqnalı VERDİ

 23:21 25.08.2026     276

ABŞ-yə məxsus hərbi-nəqliyyat təyyarəsi Avropa üzərində uçuş zamanı həyəcan siqnalı verib.

Redaktor.az xəbər verir ki, bu barədə uçuşları izləyən “Flightradar24” xidmətindəki məlumatlara istinadən bildirilir.

Məlumata görə, təyyarə Almaniyadakı Şpandaleм aviabazasından havaya qalxıb və Egey dənizi üzərində istiqamətini dəyişib. Daha sonra geri qayıtmağa başlayıb və Çexiya ərazisi üzərindən uçub.

Təyyarə Squawk 7700 qəza kodunu aktivləşdirib. Bu kod adətən bortda ümumi fövqəladə vəziyyət yarandıqda istifadə olunur. Bununla belə, sözügedən siqnalın verilməsi hər zaman təyyarənin qəzaya uğramaq təhlükəsi ilə üzləşdiyi anlamına gəlmir.

Qeyd edək ki, daha əvvəl “Swiss International Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi də Atlantik okeanı üzərində həyəcan siqnalı verib. Təyyarə ekonom sinifdə kəskin qoxunun yaranması səbəbindən Portuqaliyadakı Laeş hava limanına yönləndirilib və orada təhlükəsiz şəkildə eniş edib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən