"Ukrayna qışda ən pis ssenariyə hazırlaşmalıdır” - Finlandiya Prezidenti
Ukrayna qarşıdakı qışda hadisələrin ən pis inkişafına hazırlaşmalıdır.
Redaktor.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb “Yevropeyskaya Pravda”ya müsahibəsində bildirib.
“Ən pis ssenariyə hazır olmaq üçün müəyyən mənada buna əvvəlcədən hazırlaşmaq lazımdır. Biz ən pis ssenariyə hazırlaşmalıyıq, belə də olur”, - deyə Stubb bildirib.
Finlandiya Prezidenti əlavə edib ki, ölkəsi qışa hazırlıq çərçivəsində Ukraynanın enerji daşıyıcıları və dizel generatorları ilə təmin olunması istiqamətində fəal iş aparır.
Qeyd edək ki, avqustun 25-də Ukraynanın energetika naziri Denis Şmıqal qarşıdakı qışın ölkə üçün asan keçməyəcəyini bildirib.
Bundan əvvəl “RBK-Ukrayna” Kiyev və Ukraynanın arxa cəbhə bölgələrini çətin qışın gözlədiyini yazıb. Nəşrin məlumatına görə, hava hücumundan müdafiə sistemləri üçün ələkeçirmə raketlərinin vəziyyətinin ciddi şəkildə yaxşılaşacağı gözlənilmir.
Həmçinin Ukraynanın Litvadakı səfiri Olqa Nikitçenko ölkənin qışı keçirmək üçün 500 milyon avroya ehtiyac duyduğunu bildirib.
Qeyd edək ki, daha əvvəl Rusiya Dövlət Dumasında Stubb “rusofob şahin” adlandırılıb.
Xədicə BAXIŞLI













