Qazaxıstan Qurultayının ilk sessiyası bu həftə KEÇİRİLƏCƏK

 09:19 26.08.2026     218

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin yeni birpalatalı parlamenti olan Qurultayın ilk sessiyasının çağırılması barədə fərman imzalayıb.

Redaktor.az xəbər verir ki, sənədə əsasən, Qurultayın ilk sessiyası avqustun 28-də Astana şəhərində keçiriləcək.

Qeyd edək ki, Qazaxıstanda Kurultaya ilk seçkilər avqustun 23-də keçirilib. Seçkilərin nəticələrinə əsasən, prezidentyönlü “Ədilet” partiyası 145 yerlik birpalatalı parlamentdə 110 mandat qazanıb. “Aul” partiyası 10, “Respublica” 9, Ümummilli Sosial-Demokrat Partiyası və “Ak jol” isə hər biri 8 mandat əldə edib.

Xatırladaq ki, ölkədə qəbul edilən yeni Konstitusiyaya əsasən, əvvəlki ikipalatalı parlament sistemi ləğv edilərək birpalatalı Qurultay yaradılıb.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən