Zelenski Ermənistanın Avropaya inteqrasiya istiqamətini DƏSTƏKLƏDİ

 12:56 26.08.2026     242

Ukrayna Prezidenti Volodimir Zelenski Ermənistanın Avropa ilə daha sıx əlaqələr qurmaq planlarını dəstəklədiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Zelenski bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin Müstəqillik Günü münasibətilə göndərdiyi təbrikə cavab olaraq sosial şəbəkədə paylaşım edib.

Ukrayna lideri Ermənistan xalqının Avropa ilə daha sıx əlaqələrə doğru inamla irəlilədiyini bildirib və Kiyevin bu seçimi alqışladığını qeyd edib.

“Ukrayna bu istiqamətdə mümkün olan bütün sahələrdə yardım göstərməyə hazırdır”, – deyə Zelenski vurğulayıb.

O, həmçinin Ukrayna ilə Ermənistan arasında ikitərəfli münasibətlərin fəallaşmasını müsbət qiymətləndirib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən