Rusiyanın dünyada “ləğv edilməsi” ölkəyə marağı artırıb - Zaxarova
Dünyada Rusiyaya və onun mədəniyyətinə marağın yenidən artdığı bildirilir.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova RİA Novosti-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda dünyada Rusiyaya qarşı “əsl maraq renessansı” müşahidə olunur.
Diplomat qeyd edib ki, Rusiyanın beynəlxalq mədəniyyət gündəmindən kənarlaşdırılması cəhdləri ölkəyə və onun mədəniyyətinə marağın “inanılmaz” dərəcədə artmasına səbəb olub.
Zaxarova Rusiyanın dünyada “ləğv edilməsi” siyasətinin əks nəticə verdiyini vurğulayıb.
NURİYYƏ













