Rusiya Ukraynanın İzmayıl limanına zərbə ENDİRDİ

 21:34 26.08.2026     332

Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa vilayətində yerləşən İzmayıl limanına zərbə endirib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi jurnalistlərə açıqlama verib.

Bildirilib ki, zərbə hərbi yüklərin boşaldılması üçün istifadə olunan liman infrastrukturunun obyektlərinə, eləcə də yanacaq çənlərinə endirilib.

Bundan başqa, limana hərbi təyinatlı yüklər gətirən quru yük gəmisinin də zərər gördüyü qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın hava hücumundan müdafiə sistemlərinin avqustun 26-na keçən gecə ölkənin müxtəlif bölgələri üzərində Ukraynaya məxsus bir neçə yüz pilotsuz uçuş aparatını məhv etdiyi bildirilib. Ümumilikdə 426 təyyarə tipli Ukrayna PUA-sının vurulduğu açıqlanıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən