Çin–Nepal sərhədində faciə: 400-ə yaxın insan itkin düşüb
Çin və Nepal sərhədində daşqın və torpaq sürüşməsi nəticəsində 20-dən çox insan həlak olub.
Redaktor.az “Reuters”ə istinadən xəbər verir ki, hazırda 22 nəfərin cəsədi aşkar edilib.
Ümumilikdə isə aralarında əcnəbilərin də olduğu 400-ə yaxın şəxsin itkin düşdüyü bildirilir.
Təbii fəlakət dağdan güclü su kütləsinin Bhote-koşi çayına axmasından sonra baş verib.
Sosial şəbəkələrdə güclü selin Çinlə Nepal arasındakı sərhəd məntəqəsini dağıtması barədə görüntülər də yayılıb.













