Çayda timsah hücumu: Məşqçi həyatını necə xilas etdi?

 09:12 27.08.2026     239

31 yaşlı triatlon məşqçisi Conatan Bruni məşq zamanı timsah hücumuna məruz qalıb və sağ qalıb.

Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə ABŞ-də məşq üzgüçülüyü zamanı baş verib.

Üzgüçülərdən biri sahilə yaxın ərazidə timsah görüb. Bir neçə saniyə sonra Bruni güclü zərbə hiss edib. O, əvvəlcə ağaca dəydiyini düşünüb. Lakin daha sonra qolunda kəskin ağrı hiss edib və timsahın ona hücum etdiyini anlayıb.

Bruni özünü xilas etmək üçün timsahın başından tutaraq onun gözünə barmağını soxub. Bundan sonra heyvan ondan uzaqlaşıb.

Hücum nəticəsində Bruni güclü qanaxma keçirib. Komanda yoldaşı Metyu Deyvis ona turniket bağlayıb. Üzgüçülərin telefonları olmadığı üçün onlar sahilə çıxaraq yaxınlıqdakı evlərdən kömək istəyiblər. Nəhayət, bir nəfər təcili yardım çağırıb.

Həkimlər müəyyən ediblər ki, timsahın dişləməsi Bruninın dərisinə və yağ toxumasına zərər vurub, lakin əzələləri ciddi xəsarət almayıb.

Polis ərazidə axtarış aparsa da, timsahı tapa bilməyib.

Bruni hadisədən sonra “Daha pis ola bilərdi. Deyəsən, timsah lotereyasında qalib gəlmişəm” deyib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən