Məşhur aktyor vəfat ETDİ
Rusiya teatr və kino aktyoru Yuri Tsurilo 79 yaşında vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə aktyorun oğlu Vsevolod Tsurilo sosial şəbəkə hesabında məlumat verib.
“Çox gözəl insan, dünyanın ən yaxşı atası, möhtəşəm aktyor Yuri Tsurilo həyatını itirdi”, - deyə o bildirib.
“Kino-teatr.ru” portalının məlumatına görə, aktyor avqustun 26-da vəfat edib. Onun ölüm səbəbi açıqlanmayıb.
Yuri Tsurilo 10 dekabr 1946-cı ildə Rusiyanın Vladimir vilayətinin Vyazniki şəhərində anadan olub. O, 1973-cü ildə Yaroslavl Teatr Məktəbini bitirib. Aktyor Novqorod Vilayət Dram Teatrında, həmçinin Qorki, Novosibirsk və Norilsk şəhərlərinin teatrlarında çalışıb. 1993-cü ildən isə 10 ildən artıq müddətdə Sankt-Peterburqdakı Aleksandrinski Teatrında fəaliyyət göstərib.
Aktyor geniş şöhrəti Aleksey Germanın 1988-ci ildə ekranlara çıxan “Xrustalyov, maşını!” filmindən sonra qazanıb.
NURİYYƏ













