322 kiloqramlıq balıq tutdu, dünya rekordunu YENİLƏDİ
13 yaşlı kanadalı qız 322 kiloqram ağırlığında tuna balığı tutaraq dünya rekordunu qırıb.
Redaktor.az xəbər verir ki, "CBC News"in məlumatına görə, Nova Scotia bölgəsindən olan Delin Jacquard nəhəng balığı Wedgeportda keçirilən balıqçılıq festivalı zamanı atasının yaxtasından tutub.
Məktəbli qızın balığı sudan çıxarması təxminən bir saat çəkib. Jacquard əvvəlcə bunu bacara biləcəyinə əmin olmadığını, lakin sonda nəhəng balığı tutaraq özündən qürur duyduğunu deyib.
Qadın gənclər kateqoriyasında tuna ovu üzrə əvvəlki dünya rekordu 2014-cü ildə Jenna Gavin tərəfindən müəyyən edilib. O zaman 280 kiloqram ağırlığında tuna tutulub.
Jacquardın tutduğu balıq əvvəlki rekorddan 42 kiloqram daha ağırdır.
Beynəlxalq Ov Balıqçılığı Assosiasiyası hələ yeni rekordu rəsmi təsdiqləməyib. Qərarın yaxın zamanda açıqlanacağı gözlənilir.
Aytəkin TOFİQQIZI













