"Bütün bunlar imperiyanın süqutunun əlamətləridir" - Deputat Rusiyanın təxribatlarından DANIŞDI
Məlumat verdiyimiz kimi, Xarici İşlər Nazirliyi Rusiyada Azərbaycan səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib.
Milli Məclisin deputatı Asim Mollazadə Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Rusiya imperiyası bütün ölkələrə, keçmiş sovet ölkələrinə qarşı təzyiqlərdən istifadə edir:
"Təzyiqlər müxtəlif formada olur: bomba formasında Ukraynaya qarşı, çirkli media və yaxud da binaların qarşısında şəkillərin yerləşdirilməsi formasında. Rusiya normal bir ölkəyə çevrilə bilmir. İmperiya öz süqutuna yaxınlaşdıqca daha da aqressivləşir. Bütün bunlar imperiyanın süqutunun əlamətləridir. İmperiya öz sonuna çatır".
Aytəkin TOFİQQIZI













