“Üzvlük perspektivi illüziyadır” - Ermənistana Aİ ilə bağlı pis XƏBƏR

 16:40 27.08.2026     227

Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı ümidlərinin real əsası yoxdur. Bu fikri fransız politoloq Tiqran Yeqavyan “Le Figaro” qəzetinə açıqlamasında bildirib.

Redaktor.az xəbər verir ki, politoloqun sözlərinə görə, Aİ nə orta, nə də uzunmüddətli perspektivdə Ermənistanı öz sıralarına qəbul etmək niyyətindədir.

“Avropa İttifaqı Ermənistanı nə orta, nə də uzunmüddətli perspektivdə öz tərkibinə qəbul etmək niyyətindədir. Bu, illüziyadır”, - deyə Yeqavyan bildirib.

O hesab edir ki, Avropa İttifaqının Ermənistana münasibətdə əsas məqsədi ölkəni öz sıralarına qəbul etmək deyil, Cənubi Qafqazda Rusiyaya qarşı qarşıdurmada ondan istifadə etməkdir.

Qeyd edək ki, oxşar fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da səsləndirmişdi. O bildirmişdi ki, Ermənistanın Aİ simasında yeni “dostları” ölkənin potensialından və vətəndaşlarından Rusiya ilə qarşıdurmada istifadə edirlər.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən