Nepalda daha bir DAŞQIN TƏHLÜKƏSİ

 20:19 27.08.2026     366

Nepalda sürüşmənin çayın qarşısını kəsdiyi yerdə əmələ gələn göl səbəbindən təkrar daşqın təhlükəsi qalmaqdadır.

Redaktor.az xəbər verir ki, bu barədə "Ratopati" nəşri Nepal Daşqın Proqnozlaşdırma Xidmətinə istinadən məlumat verib.

"Təhlükə əvvəlki kimi qalmaqdadır, çünki daşqının baş verdiyi yerdə çay yatağının qarşısının kəsilməsi nəticəsində göl əmələ gəlib", - deyə məlumatda bildirilib.

Nazirliyin məlumatına görə, gölün ölçüsü böyüyür və onun daşması riski var.

"Xüsusi bildirişə qədər Bxote-Kosi çayının aşağı axarındakı sakinlərə, səyahətçilərə və axtarış-xilasetmə əməliyyatlarında iştirak edən xilasedicilərə maksimal dərəcədə ehtiyatlı olmaq və çay sahillərindən uzaqda təhlükəsiz ərazilərdə qalmaq israrla tövsiyə olunur", - deyə səlahiyyətlilər tövsiyə ediblər.

Vumart və Güvən reklamı Vumart Güvən