Tramp özünü ABŞ tarixinin ən böyük prezidenti adlandırdı

 09:00 28.08.2026     177

ABŞ Prezidenti Donald Tramp özünü ölkə tarixinin ən böyük prezidenti hesab edir.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində ABŞ prezidentlərinin şəxsi reytinqini paylaşarkən bildirib.

Tramp özünü “ən böyük” kateqoriyasına daxil edərək siyahıda birinci yerə yerləşdirib. “Böyük” prezidentlər sırasında isə Abraham Linkoln, Corc Vaşinqton, Franklin Ruzvelt, Vudro Vilson, Tomas Cefferson və Endryu Ceksonun adlarını qeyd edib.

“Uğursuzlar” kateqoriyasına Trampın hər iki sələfi – Co Bayden və Barak Obama, həmçinin Uliks Qrant, Uorren Hardinq və Cimmi Karter daxil edilib.

Vumart və Güvən reklamı Vumart Güvən