Suriya Prezidenti kürd lideri özünə müşavir təyin ETDİ

 09:55 28.08.2026     187

Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa keçmiş kürd silahlı birləşmələrinin rəhbəri Məzlum Abdini özünə müşavir təyin edib.

Redaktor.az xəbər verir ki, bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) ölkə başçısının fərmanına istinadən məlumat yayıb.

Məlumata görə, Məzlum Abdi kimi tanınan Mustafa Xəlil Abdi prezidentin müşavirləri siyahısına daxil edilib.

Qeyd edək ki, Məzlum Abdi daha əvvəl Suriyanın şimal-şərqində fəaliyyət göstərən “Suriya Demokratik Qüvvələri”nin (SDQ) rəhbərlərindən biri olub.

Xatırladaq ki, avqustun 26-da Rusiya prezidenti Vladimir Putin Suriya prezidenti Əhməd əl-Şaraa ilə telefon danışığı aparıb. Tərəflər ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib, siyasi dialoqu, ticarət-iqtisadi və humanitar əlaqələri inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.

Bundan əvvəl Rusiya ilə Suriyanın yeni hakimiyyəti arasında Xmeymim və Tartusdakı iki Rusiya hərbi bazasının gələcəyi ilə bağlı razılıq əldə olunub. Tərəflərin imzaladığı anlaşma memorandumuna əsasən, Rusiyanın Suriyadakı hərbi iştirakının yenidən təşkilinə başlanılması nəzərdə tutulur.

Məlumata görə, Xmeymim hava limanı və Tartus limanındakı kommersiya körpüsü də daxil olmaqla bəzi mülki obyektlər Suriya hakimiyyətinin nəzarətinə veriləcək. Hərbi bazaların isə gələcəkdə suriyalı hərbçilərin hazırlanması üçün birgə təlim mərkəzlərinə çevrilməsi planlaşdırılır.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən