15 günlük turist vizası ilə getdi, 26 il qanunsuz yaşadı – SAXLANILDI
Yaponiyada 15 günlük turist vizası ilə ölkəyə daxil olduqdan sonra 26 ildən artıq qanunsuz yaşayan 72 yaşlı Cənubi Koreya vətəndaşı saxlanılıb.
Redaktor.az xəbər verir ki, hadisə Yaponiyanın Şizuoka prefekturasının Yaizu şəhərində baş verib.
Şizuoka Prefektura Polis İdarəsinin məlumatına görə, iyun ayında daxil olan məlumat əsasında aparılan araşdırma nəticəsində həmin şəxs saxlanılıb.
Məlumata əsasən, Cənubi Koreya vətəndaşı 1993-cü ilin sentyabrında daha yüksək maaşlı iş tapmaq məqsədilə qardaşının pasportundan istifadə edərək 15 günlük turist vizası ilə Yaponiyaya gedib. Onun həmin vaxtdan etibarən ölkədə qanunsuz yaşadığı bildirilib.
Qeyd edək ki, Yaponiyada viza müddətini aşmaq 2000-ci ilin fevralında miqrasiya qanunvericiliyinə edilən dəyişiklik qüvvəyə minənədək cinayət hesab olunmurdu. Bu səbəbdən həmin şəxs 2000-ci ilin fevralından etibarən ölkədə qanunsuz qalmaqda ittiham olunaraq saxlanılıb.
Gündəlik işlərdə çalışdığını bildirən 72 yaşlı şəxs ittihamları qəbul edib.
NURİYYƏ













