Nepalda təbii fəlakətdən zərər çəkənlərin sayı 93 minə ÇATDI

 16:43 28.08.2026     247

Nepalda baş verən güclü sel və torpaq sürüşməsi nəticəsində 93 mindən çox insan zərər çəkib. Zərərçəkənlərin təcili humanitar yardıma ehtiyacı var.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyasının məlumatına istinadən məlumat yayıb.

Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyasının Nepaldakı nümayəndəliyinin rəhbəri Devid Fişer bildirib ki, təbii fəlakət nəticəsində azı 93 min nəfər zərər çəkib və onlara təcili yardım göstərilməsi vacibdir.

Onun sözlərinə görə, torpaq sürüşməsi nəticəsində yaranan gölün daşması humanitar yardım maşınlarının yolunu bağlayıb və xilasetmə işləri müvəqqəti olaraq dayanıb. Humanitar təşkilatlar bölgədə yeni daşqınların baş verməsi ehtimalından da narahatdır.

BMT-nin Təbii Fəlakət Risklərinin Azaldılması İdarəsinin nümayəndəsi Kamal Kişor isə təhlükənin hələ də davam etdiyini və fəlakətin miqyasının genişlənə biləcəyini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Tarik Yasareviç qeyd edib ki, təbii fəlakət nəticəsində 6 tibb müəssisəsi zərər görüb, 8 tibb işçisi itkin düşüb. Əhalinin köçürülməsi, sıxlıq, içməli su və sanitariya problemləri səbəbindən yoluxucu xəstəliklərin, o cümlədən ishal və tənəffüs yolu infeksiyalarının yayılması riski artıb.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən