"İslamı məhv etmək niyyətim yoxdur" - Netanyahu

 17:31 28.08.2026     230

“İsrail Müdafiə Qüvvələri Qəzza zolağından çıxarılmayacaq”.

Redaktor.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“Qəzza zolağından çıxmayacağıq. HƏMAS dağıdılana və bütün Qəzza silahsızlaşdırılana qədər bölgənin bərpası mümkün olmayacaq. Lazım gələrsə, zəruri hesab etdiyimiz qüvvələrə hücum etmək azadlığını qoruyub saxlayacağıq. Bu, bizim təhlükəsizliyimizdir. Bu, bizim varlığımızdır. Təhlükəsizlik hər şeydən üstündür”, - o bildirib.

Benyamin Netanyahu İslam dinini məhv etmək niyyətində olmadığını da söyləyib: “Mənim İslamı məhv etmək niyyətim yoxdur”.

Vumart və Güvən reklamı Vumart Güvən