“İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir“ - Pezeşkian

 09:09 29.08.2026     312

“İran Pakistan, Əfqanıstan, Səudiyyə Ərəbistanı, Türkiyə, BƏƏ, Qətər, Oman, Misir, Azərbaycan və Türkmənistanla əməkdaşlığa və anlaşmaya hazırdır”.

Redaktor.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian İran Dövlət Televiziyasına müsahibəsi zamanı deyib. 

O, müsəlman ölkələri arasında münasibətlərin yaxşılaşdırılmasının mümkün olduğunu, heç bir ölkənin digərinə hakim olmamalı, region dövlətlərinin birgə oturaraq problemləri həll etməli olduğunu vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən