Antalyada meşə yanğını: Helikoptelər cəlb olundu

 12:56 29.08.2026     389

Türkiyənin Antalya vilayətinin Patara bölgəsində meşə yanğını başlayıb. Güclü külək alovun yayılmasını sürətləndirib, yanğının qarşısını almaq üçün genişmiqyaslı müdaxilə həyata keçirilir.

Redaktor.az xəbər verir ki, bu barədə “Akdeniz Gerçek” qəzeti məlumat yayıb.

Məlumata görə, yanğının söndürülməsi işlərinə 80 nəfərlik heyət cəlb olunub. Əraziyə həmçinin 4 təyyarə və 6 helikopter göndərilib.

Yerli mənbələr güclü küləyin yanğının yayılmasını çətinləşdirdiyini bildirirlər. Yanğınsöndürmə qüvvələri alovun yaşayış məntəqələrinə və daha geniş meşə sahələrinə keçməsinin qarşısını almağa çalışırlar.

Hadisə ilə bağlı itkilər və yanğının əhatə etdiyi ərazinin dəqiq ölçüsü barədə hələlik məlumat verilməyib.

Vumart və Güvən reklamı Vumart Güvən