Rusiyada dizel yanacağının ixracına qoyulan qadağanın müddəti uzadıldı

 18:19 29.08.2026     297

Rusiya hökuməti dizel yanacağı ixracına qoyulan qadağanı sentyabrın 30-na qədər uzadıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Qərar yerli yanacaq bazarında vəziyyətin stabil saxlanılmasına xidmət edir”, - Rusiya Nazirlər Kabinetinin məlumatında bildirilir.

Rusiyada ümumi yanacaq ixracına qadağa isə 2027-ci il yanvarın 31-ə qədər qüvvədə qalır.

Vumart və Güvən reklamı Vumart Güvən