Şimali Kipr sahillərində 267 nəfərlik sərnişin gəmisi batdı - 242 nəfər xilas edildi, 8 nəfər öldü - YENİLƏNİB

 20:34 30.08.2026     504

Şimali Kiprdə gəmi faciəsi ilə bağlı 8 nəfər saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Baş nazir Ünal Üstel məlumat verib. 

Saxlanılanlar arasında gəminin kapitanı və 7 əməkdaş var.

***

Şimali Kipr sahillərində batan gəmi ilə bağlı xilasetmə əməliyyatı davam edir.

Redaktor.az  xəbər verir ki, indiyə qədər242 nəfər xilas edilib, 8 nəfər ölüb.

17 nəfərin axtarışı davam etdirilir.

***

Şimali Kipr saillərində sərnişin gəmisinin batmasına dair ilkin ehtimal məlum olub.

Redaktor.az xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel ilk dalğa zərbəsindən sonra kapitan və gəmi heyətinin səylərinə baxmayaraq ikinci dalğa gəmini vurub, gəmiyə su dolmağa başlayıb.

Baş nazir deyib ki, indiyə qədər 172 nəfər xilas edilib, 6 nəfər ölüb. 

Türkiyənin NTV telekanalının xəbərinə görə, gəmi öncə yan tərəfə yatıb, daha sonra isə tərsinə çevrilib. Gəmin çevrilməsinin sərnişinlərin bir qisminin göyərtədən çıxmasına da mane ola biləcəyi və məhz bu amilin qurbanların sayının artıra biləcəyi bildirilir. 

***

Şimali Kipr sahillərində batan gəmi ilə bağlı xilasetmə əməliyyatı davam edir.

Redaktor.az xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel xilasetmə işləri üçün bütün imkanların səfərbər edildiyini bildirib.

ŞKTC Baş naziri gəminin batması nəticəsində ölənlərin də olduğunu qeyd edib. 

***

Şimali Kipr sahillərində sərnişin gəmisi batıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb. 

Gəmi Girnə şəhəri sahillərində, limandan ayrıldıqdan qısa müddət sonra, sahildən 4 mil (6,44 kilometr) uzaqlıqda öncə yana yatıb, daha sonra sürətlə batıb. Özəl şirkətə məxsus gəmi Girnə-Mersin marşrutu ilə hərəkət edirmiş.

Gəmidə 8-i heyət üzvü, 259 sərnişin olub. 

Xilasetmə əməliyyatı başlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən