Gürcüstanda partlayış oldu, yaralılar var - VİDEO

 18:36 30.08.2026     288

Gürcüstanın Zuqdidi şəhərində yanacaqdoldurma məntəqəsində partlayış baş verib, iki nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, partlayış Çitatskari kəndində qeydə alınıb. Şahidlərin sözlərinə görə, partlayış o qədər yüksək olub ki, bütün Zuqdididə eşidilib.

Partlayış nəticəsində yaşayış binası da daxil olmaqla, yaxınlıqdakı bir neçə binaya ziyan dəyib. Pəncərələr uçub, fasadlar zədələnib və bir neçə avtomobil yanıb. 

Yanğınsöndürmə və xilasetmə bölmələri və patrul polisi hadisə yerində işləyir.

Hələlik itki barədə məlumat yoxdur.

 

Vumart və Güvən reklamı Vumart Güvən