Türkiyədə 30 Avqust Zəfər Bayramı ilə bağlı bir sıra konsertlər ləğv edilib

 21:34 30.08.2026     252

Türkiyə Milli Müdafiə Nazirliyi 30 Avqust Zəfər Bayramı və Türk Silahlı Qüvvələri Günü çərçivəsində planlaşdırılan bütün hərbi orkestr konsertlərinin ləğv edildiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə nazirliyin sosial media hesablarında məlumat verilib.

Qərarın Şimali Kipr sahillərində baş verən gəmi faciəsi ilə əlaqədar qəbul edildiyi bildirilib.

Konsertlərin Ankara və Muğlada keçirilməsi planlaşdırılırdı.

Vumart və Güvən reklamı Vumart Güvən