İranın nüvə silahı olsaydı, İsrail artıq mövcud olmazdı - Tramp

 10:40 31.08.2026     185

Əgər İranın nüvə silahı olsaydı, İsrail artıq mövcud olmazdı.

Redaktor.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bildirib.

“İranlılar son dərəcə qəddar və pis xalqdır. Əgər onların nüvə silahları olsaydı, İsrail artıq mövcud olmazdı”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti qeyd edib ki, İran Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Bəhreyn və Küveyt kimi neytral mövqe tutan ölkələrə də hücum edib.

Trampın sözlərinə görə, bu vəziyyət onu təəccübləndirib. O bildirib ki, İran beləliklə bütün dəstəyindən məhrum olub.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən