Əraqçi Netanyahunu ABŞ-ni manipulyasiya etdiyinə görə ilan ADLANDIRDI

 13:33 31.08.2026     195

İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin baş naziri Binyamin Netanyahunu ABŞ-ni İranla müharibəyə sürükləməkdə ittiham edib.

Redaktor.az xəbər verir ki, Əraqçi bu barədə sosial şəbəkə platforması X-də paylaşım edib.

Əraqçi yazıb ki, Netanyahu açıq şəkildə ivrit dilində ABŞ administrasiyasını İsrailin maraqları naminə İrana qarşı müharibəyə sürüklədiyini öyünür.

İranlı nazirin sözlərinə görə, Netanyahu ABŞ televiziya kanallarında minlərlə saatlıq efir vaxtı vasitəsilə Amerikaya necə “təsir etdiyini” açıq şəkildə lağa qoyur.

Əraqçi bildirib ki, İsrailin baş naziri eyni zamanda ABŞ Prezidentinin liderliyini ingilis dilində tərifləyib.

“İlan”, - deyə Əraqçi paylaşımını yekunlaşdırıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranın nüvə silahına sahib olması halında İsrailin artıq mövcud olmayacağını bildirib.

Tramp İran rəhbərliyini son dərəcə qəddar və pis hesab etdiyini vurğulayaraq, “əgər onların nüvə silahı olsaydı, İsrail artıq mövcud olmazdı” deyə qeyd edib.

ABŞ lideri həmçinin İranın Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Küveyt kimi neytral mövqedə olan ölkələrə hücum etdiyini bildirib.

Tramp bu vəziyyətə təəccübləndiyini və bunun yaxşı hal olduğunu deyib. Onun fikrincə, İranın bu addımları Tehranın bütün dəstəyini itirməsi ilə nəticələnib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən