Özbəkistan Prezidenti Qırğızıstanda səfərdədir

 14:24 31.08.2026     188

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Qırğızıstana işgüzar səfərə gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Özbəkistan liderini Bişkekdə Manas Beynəlxalq Hava Limanında Qırğızıstan Baş naziri Adalbek Kasımalıyev qarşılayıb.

Şavkat Mirziyoyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının növbəti iclasında və VI Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən