Putin Bişkekdə Si Cinpinlə GÖRÜŞDÜ
Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanın paytaxtı Bişkekdə Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüş keçirib. Görüş Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin başçılarının iclası çərçivəsində baş tutub.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Danışıqlarda Rusiya tərəfindən xarici işlər naziri Sergey Lavrov, prezidentin mətbuat katibi Dmitri Peskov, prezidentin köməkçisi Yuri Uşakov, prezident administrasiyası rəhbərinin müavini Maksim Oreşkin, iqtisadi inkişaf naziri Maksim Reşetnikov və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.
Bu, Rusiya və Çin liderlərinin son bir il ərzində ikinci şəxsi görüşüdür. Bundan əvvəl Putin və Si Cinpin may ayında Rusiya prezidentinin Çinə iki günlük rəsmi səfəri zamanı danışıqlar aparıblar.
NURİYYƏ













