İsrailin sabiq generalları və məmurları Netanyahunu ittiham ETDİ
200-dən çox keçmiş yüksək vəzifəli israilli hərbçi və məmur İsrailin Baş naziri Benyamin Netanyahuya müraciət edərək Qərb Sahilində baş verənlərlə bağlı sərt çağırış edib.
Redaktor.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Müraciəti iki keçmiş baş nazir, xüsusi xidmət orqanlarının sabiq rəhbərləri və 30-dan çox istefada olan ordu generalı da daxil olmaqla, çoxsaylı keçmiş yüksək vəzifəli şəxslər imzalayıb.
Onlar baş naziri Qərb Sahilində “yəhudi terrorizmi” və “etnik təmizləmə” adlandırdıqları hallara son qoymağa çağırıblar.
Məqalədə vurğulanır ki, bu qədər böyük qrup keçmiş yüksək vəzifəli şəxsin İsrail hökumətinə qarşı bu cür ittihamlar səsləndirməsi “demək olar ki, görünməmiş” haldır.
Xatırladaq ki, daha əvvəl ABŞ-ın sabiq prezidenti Co Baydenin oğlu Hanter Bayden Netanyahu haqqında sərt ifadələr işlədərək onu “şərin təcəssümü” adlandırıb.
Xədicə BAXIŞLI













