ABŞ-də daşqın zamanı 14 nəfər itkin DÜŞDÜ

 03:08 01.09.2026     291

ABŞ-nin Arizona ştatında Böyük Kanyon Milli Parkında baş verən daşqın nəticəsində azı iki nəfər ölüb, 14 nəfər itkin düşüb.

Redaktor.az "ABC News"a istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Parklar Xidməti məlumat yayıb.

Qeyd olunub ki, daşqınlar həftəsonu milli parka ziyan vurub, düşərgələr, tikililər, piyada cığırları və mühüm infrastruktur dağılıb. İlkin qiymətləndirmələrə görə, "Transcanyon Waterline" parkının su kəmərinin təxminən 40 %-i zədələnib və ya dağılıb.

Hakimiyyət orqanları təxliyə prosesinə başlayıb. Axtarış-xilasetmə əməliyyatı davam edir.

ABŞ Milli Meteorologiya Xidməti Böyük Kanyonda, eləcə də Arizonanın şimalı və mərkəzində ən azı bazar ertəsi axşamınadək təkrar daşqın riskinin olduğunu elan edib.

Vumart və Güvən reklamı Vumart Güvən