Zaxarova Putinin Şərq İqtisadi Forumundakı çıxışının əsas mövzusunu AÇIQLADI

 09:53 01.09.2026     178

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya Prezidenti Vladimir Putinin Şərq İqtisadi Forumunda (ŞİF) çıxışının ən aktual gündəmi əks etdirəcəyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Zaxarova Putinin çıxışını siyasi baxımdan “mərkəzi” çıxış adlandırıb.

“Şübhəsiz ki, bu çıxış ən aktual gündəmi əks etdirəcək”, - deyə o bildirib.

Qeyd edək ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov avqustun 30-da Putinin uzun və zəngin proqramı əhatə edən səfərə başladığını açıqlayıb.

Rusiya Prezidenti əvvəlcə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün iki gün Bişkekdə olacaq. Daha sonra Vladivostoka gedərək Şərq İqtisadi Forumunda iştirak edəcək.

Bundan əvvəl Putinin köməkçisi Yuri Uşakov 2026-cı ildə keçiriləcək Şərq İqtisadi Forumunun əsas qonağının İndoneziya Prezidenti Prabovo Subianto olacağını bildirib.

Həmçinin forumun təşkilat komitəsinin rəhbəri İqor Kobyakov Putinin tədbirdə mühüm açıqlamalar verəcəyini anons edib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən