Putin ŞƏT üzvlərinə müraciət ETDİ

 10:48 01.09.2026     186

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələr silahlı münaqişələrin qarşısını almaq üçün bütün səylərini göstərməlidirlər.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən ŞƏT sammitində çıxışı zamanı deyib.

Putin bildirib ki, münaqişələrin qarşısının alınması və sülhün qorunması üçün beynəlxalq səviyyədə səylər artırılmalıdır.

Rusiya lideri həmçinin ŞƏT ölkələri arasında əməkdaşlığın Avrasiya məkanında sülh və sabitliyin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.

Qeyd edək ki, ŞƏT-in Bişkek sammiti avqustun 31-dən sentyabrın 1-dək keçirilir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən