Çin regional və beynəlxalq münaqişələrin siyasi yollarla həllinə çalışacaq - Si Cinpin
Çin regional və beynəlxalq münaqişələrin siyasi yollarla həllinə çalışacağını açıqlayıb.
Redaktor.az xəbər verir ki, bunu Çin Prezidenti Si Cinpin Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) liderlərinin görüşündə deyib.
Si Cinpin bildirib ki, Çin Ukrayna, Yaxın Şərq və Əfqanıstandakı vəziyyətlə bağlı bütün tərəflərlə əlaqələri və koordinasiyanı gücləndirməyə hazırdır.
Onun sözlərinə görə, məqsəd münaqişələrin yalnız nəticələrini deyil, əsas səbəblərini də aradan qaldırmaq və siyasi həll yollarını təşviq etməkdir.
Çin lideri ölkəsinin beynəlxalq və regional münaqişələrin həllində siyasi yanaşmanı dəstəklədiyini vurğulayıb.
Aytəkin TOFİQQIZI













