"Qırğızıstan Rusiyaya qeyd-şərtsiz dəstək öhdəliyi götürməyib" - Peskov
Kremlin sözçüsü Dmitri Peskov Qırğızıstanın Rusiya qarşısında qeyd-şərtsiz dəstək barədə hər hansı öhdəlik götürmədiyini bildirib.
Redaktor.az xəbər verir ki, Peskov “Nomad TV”yə müsahibəsində Bişkekin Moskvaya “sədaqət andı içməsi” ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
Kremlin sözçüsü bu iddianın doğru olmadığını vurğulayaraq, “Çox sadə cavab verəcəyəm. Əslində, bu, doğru deyil”, - deyə qeyd edib.
Peskov əlavə edib ki, Qırğızıstan xarici siyasət qərarlarını qəbul edərkən ilk növbədə öz milli maraqlarını rəhbər tutur.
Aminə ŞAHSUVARQIZI













