Ermənistanın Aİ-yə üzvlük qərarı Rusiya ilə münasibətlərə təsir edəcək - Putin

 21:04 01.09.2026     424

Rusiya və Ermənistan arasında münasibətlərin gələcək inkişafını İrəvanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı verəcəyi qərar müəyyənləşdirəcək.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin TASS-a açıqlamasında bildirib.

“Ermənistan Aİ-yə üzvlük məsələsində nə qədər tez qərar versə, bir o qədər yaxşıdır. Moskva münasibətləri bundan sonra necə inkişaf etdirəcəyini anlamalıdır”, - deyə Rusiya lideri bildirib.

Putin bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə səsləndirib. Görüş Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutub.

Qeyd edək ki, daha əvvəl Paşinyan Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərinin sammitində çıxışını rus dilində deyil, erməni dilində edən yeganə lider olub.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən