Putin və Ərdoğan Qara dənizdəki vəziyyəti müzakirə ETDİ
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdəki vəziyyəti təxminən bir saat yarım ərzində təkbətək müzakirə ediblər.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“Nə qədər bildiyimə görə, əsas mövzu Qara dəniz ətrafındakı vəziyyət olub”, - deyə Uşakov qeyd edib.
Putin və Ərdoğan arasında görüş Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutub.
Görüşün açıq hissəsində liderlər iqtisadi əməkdaşlıq məsələlərini və “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisi də daxil olmaqla, iri infrastruktur layihələrinin inkişafını müzakirə ediblər.
Qeyd edək ki, bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə Türkiyəyə məxsus iki gəmiyə hücumu ilə əlaqədar Ukraynanın Ankaradakı səfiri Nariman Cəlalı XİN-ə çağırıb.
Diplomata Ankara rəhbərliyinin hadisələrlə bağlı mövqeyi çatdırılıb. Həmçinin Qara dənizdə insanların, əmlakın, gəmiçilik fəaliyyətinin və ekologiyanın təhlükəsizliyinin təmin edilməsinin vacibliyi vurğulanıb.
Xədicə BAXIŞLI













