Paşinyan Moskvaya səfər edəcəyini AÇIQLADI
Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşünü çox yaxşı qiymətləndirib və yaxın zamanda Moskvaya səfər edəcəyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, Paşinyan bu barədə özünün “Telegram” kanalında paylaşım edib.
Onun sözlərinə görə, görüş zamanı tərəflər qarşıdakı səfər çərçivəsində səmimi və konstruktiv dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Paşinyan bildirib ki, Moskva və İrəvan iki ölkə arasındakı ikitərəfli münasibətlərin əhəmiyyətini bir daha təsdiqləməlidir.
Xədicə BAXIŞLI













