Zelenski Rusiyanın hava məkanından istifadə edən beynəlxalq aviaşirkətlərə müraciət ETDİ

 23:23 01.09.2026     349

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın hava məkanından istifadə edən beynəlxalq aviaşirkətlərə müraciət edərək pilotsuz uçuş aparatları səbəbindən ölkə üzərindən uçuşlardan imtina etməyə çağırıb.

Redaktor.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib.

Ukrayna lideri Rusiyanın hava məkanının “tamamilə təhlükəli” olduğunu bildirib. O, Kiyev və Moskvada fəaliyyət göstərən dövlətlərin səfirlərinin də bu çağırışları eşitməli olduğunu vurğulayıb.

“Ukraynanın Xarici İşlər Nazirliyi və müvafiq qurumlarımız Rusiya səmasında mövcud təhlükələrlə bağlı beynəlxalq strukturlara tam məlumat verəcək”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Rusiyanın hava məkanı “faktiki olaraq bağlanacaq”.

Xatırladaq ki, daha əvvəl Zelenski sentyabr ayının Rusiya ilə münaqişənin nizamlanması məsələsində ciddi dəyişikliklərə səbəb ola biləcəyini açıqlayıb. O, Kiyevin ABŞ Prezidenti Donald Trampın nümayəndələrinin fəaliyyətinin nəticələrini gözlədiyini və Ukraynanın tərəfdaşları ilə birlikdə sülhün əldə olunması üçün mümkün olan hər şeyi etməli olduğunu bildirib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən