Pəncərədən evə girən ayı yaşlı qadına hücum ETDİ
ABŞ-nin Kolorado ştatında 80 yaşlı qadın evinə girən ayının hücumuna məruz qalıb.
Redaktor.az bu haqda "Metro" nəşrinə istinadla xəbər verir.
Hadisə Estes Park şəhərində baş verib. Ayı gecə saatlarında kilidli olmayan pəncərədən evə daxil olub. Səhər qadın mətbəxdə ayını görüb. Heyvan onun üzərinə hücum edərək qadını yerə yıxıb və qarnından xəsarət yetirib.
Daha sonra ayı pəncərədən çıxaraq ərazidən uzaqlaşıb. Qadın təcili yardım çağırıb və xəstəxanada tibbi yardım alıb.
Hadisədən sonra ayının axtarışına başlanılıb, lakin hələlik heyvan tapılmayıb. Mütəxəssislər bu il Koloradoda ayıların yaşayış məntəqələrinə yaxınlaşması hallarının kəskin artdığını bildiriblər. Buna səbəb kimi quraqlıq və ayıların təbii qida mənbələrinin azalması göstərilir.
Aytəkin TOFİQQIZI













