Nepaldakı daşqında ölənlərin sayı 1127-yə ÇATDI

 09:26 02.09.2026     182

Nepalda baş verən güclü daşqın nəticəsində ölənlərin sayı 1 127 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Nepal polisinə istinadən məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində 4,5 minə yaxın insan itkin düşüb.

Daşqın avqustun 26-da Nepalda qəfil baş verib. Buna Tibet ərazisində baş verən zəlzələ və torpaq sürüşməsinin Lhende çayının məcrasını bağlaması səbəb olub. Çayın qarşısının açılması nəticəsində Bhote-Koşi çayında suyun səviyyəsi kəskin yüksəlib.

İtkin düşənlər arasında 39 ölkənin 592 vətəndaşının da olduğu bildirilir.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən