Ukraynada milli simvollar mədəniyyətin məhvini ört-basdır edib - Zaxarova
"Ukraynalı siyasətçilər ölkənin mədəniyyətinin dağıdılmasını və müstəqilliyinin itirilməsini gizlətmək üçün milli simvollardan istifadə ediblər".
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda çıxışı zamanı bildirib.
Diplomatın sözlərinə görə, XX əsrin sonu və XXI əsrin əvvəllərində Ukraynada bir çox siyasətçi milli geyimlərdən istifadə edib və milli simvollar nümayiş etdirib.
Zaxarova iddia edib ki, məhz milli simvolların istifadəsi fonunda ölkənin özünəməxsusluğunun, suverenliyinin, tarixi dayaqlarının və mədəniyyətinin tədricən məhv edilməsi prosesi gedib.
NURİYYƏ













