Merkel Almaniya Prezidenti olacaq? - Keçmiş kanslerdən CAVAB
Almaniyanın keçmiş kansleri Angela Merkel ölkə prezidenti olmaq ehtimalını “absurd” adlandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Digi24” telekanalı məlumat yayıb.
Merkelin sözlərinə görə, o, 30 il siyasətlə məşğul olub və prezident olmaq istəmir.
“Bu, absurddur. Mən bu barədə düşünmək istəmirəm. 30 il siyasətdə olmuşam, 16 il federal kansler vəzifəsini tutmuşam. Bu, çox çətin və mürəkkəb fəaliyyət olsa da, mən bundan böyük zövq alırdım. Amma həyatda başqa çox gözəl şeylər də var”, – deyə Merkel bildirib.
Qeyd edək ki, avqustun 30-da Merkel Almaniyada sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının populyarlığının artması fonunda demokratiyanı müdafiə etməyə çağırıb.
Onun sözlərinə görə, AfD artıq ümummilli fenomenə çevrilir və ölkədəki bütün siyasi müzakirələrə hakim olmağı bacarıb.
NURİYYƏ













