İranda toyda ölən və yaralananların sayı ARTDI

 21:10 02.09.2026     320

Hörmüzqan əyalətinin Sirik şəhərinin Kəhustək bölgəsində toy mərasiminə zərbə endirilməsi nəticəsində ölən və yaralananların sayı artıb.

Redaktor.az IRNA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində yaralananların sayı 68 nəfərə çatıb. Bu barədə Hörmüzqan əyalətinin başçısının müavini Əhməd Nəfisi məlumat verib.

Son məlumatlara görə, zərbə nəticəsində azı 5 nəfər ölüb. Ölənlər arasında uşağın da olduğu bildirilir.

Tehran hadisənin ABŞ-nin İranın cənubuna endirdiyi zərbələr zamanı baş verdiyini açıqlayıb. Bildirilir ki, yaşayış evinə düşən mərmi nəticəsində həmin ərazidə keçirilən toy mərasiminin iştirakçıları arasında ölən və yaralananlar olub.

Vumart və Güvən reklamı Vumart Güvən