Tramp Si Cinpinlə görüşdə “çox məhsuldar” mövzuları müzakirə etmək İSTƏYİR

 22:50 02.09.2026     318

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinin ABŞ-yə səfəri zamanı onunla bir sıra mühüm və “məhsuldar” məsələləri müzakirə etmək istədiyini bildirib. Si Cinpinin sentyabrın 24-də ABŞ-yə səfər edəcəyi daha əvvəl də açıqlanıb.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə danışarkən Çin liderinin səfərini səbirsizliklə gözlədiyini qeyd edib.

“Çin sədri 24 sentyabrda bizə gələcək. Bu, çox maraqlı olacaq. Onu görməyimizə şad olarıq. Müzakirə etməli olduğumuz çoxlu yaxşı mövzular var. Sədr Si ilə çox məhsuldar məsələləri müzakirə edəcəyik”, - deyə Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, Tramp və Si Cinpin may ayında Pekində görüşüblər. Həmin görüş zamanı tərəflər iqtisadi məsələlər də daxil olmaqla bir sıra mövzuları müzakirə edib və ABŞ lideri danışıqları “inanılmaz” adlandırıb.

Tramp iyul ayında da Si Cinpinin sentyabrın 24-də ABŞ-yə səfəri zamanı süni intellektin inkişafı məsələsini müzakirə etməyi planlaşdırdığını açıqlamışdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən