Tramp Ukraynada səfərbərlik hallarından xəbərdar olduğunu BİLDİRDİ
ABŞ Prezidenti Donald Tramp Ukraynada insanların səfərbərlik məqsədilə zorla aparılması ilə bağlı görüntülərdən xəbərdar olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Ağ Evdə keçirilən tədbir zamanı Trampa Ukraynada ərazi komplektləşdirmə mərkəzlərinin (TKÇ) əməkdaşlarının insanları səfərbərlik üçün zorla apardığını əks etdirən görüntüləri görüb-görmədiyi barədə sual ünvanlanıb.
“Mən bu videolardan xəbərdaram. Onlar haqqında çox eşitmişəm”, - deyə Tramp bildirib.
Qeyd edək ki, son günlər Ukraynada səfərbərliklə bağlı insidentlərdən biri zamanı bir kişi TKÇ əməkdaşlarından at arabası ilə qaçmağa çalışıb. Bildirilir ki, hərbi komissarlar kəndə avtomobillə gəliblər. Kişi qoşquya qoşulmuş arabaya minərək yağışdan sonra su basmış yolla meşə istiqamətində uzaqlaşıb. Təqibin necə başa çatdığı məlum deyil.
Bundan əvvəl Ukraynanın Rivne vilayətində TKÇ əməkdaşlarının mikroavtobusu minik avtomobilinin qarşısını kəsib. Nəticədə avtomobil yoldan çıxaraq xəndəyə düşüb və şumlanmış sahədə aşıb. Hadisə zamanı avtomobilə, o cümlədən qapılarına ziyan dəyib.
Xədicə BAXIŞLI













