Tramp Putinlə görüşmək istədiyini AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istədiyini bildirib. O, belə bir görüşün Ukraynadakı münaqişənin sona yaxınlaşdığı mərhələdə mümkün olacağını düşünür.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdəki Oval kabinetdə keçirilən tədbir zamanı danışıb.
ABŞ liderinə gələcəkdə Putinlə görüş keçirilməsinin mümkünlüyü barədə sual ünvanlanıb.
“Oh, biz yeni sammiti mütləq keçirəcəyik. Əminəm ki, Putinlə dərhal görüşə bilərdim. Amma bu görüşü münaqişə sona yaxınlaşanda keçirmək istəyirəm”, - deyə Tramp bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putin, Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında üçtərəfli görüşün Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçirilə biləcəyini istisna etməyib.
Xədicə BAXIŞLI













