Bu ölkədə zəlzələ OLDU

 08:55 03.09.2026     238

Çinin şimal-qərbində yerləşən Sincan Uyğur Muxtar Rayonunun cənubunda 4,4 maqnitudalı zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, yeraltı təkanlar sentyabrın 3-də yerli vaxtla saat 08:45-də baş verib.

Zəlzələnin episentri Kuçe qraflığından 199 kilometr cənub-şərqdə, Aral qraflığından isə 213 kilometr şərqdə yerləşib. Ocaq 25 kilometr dərinlikdə olub.

Məlumata görə, zəlzələ nəticəsində ölən və yaralanan olmayıb, dağıntı barədə də məlumat verilməyib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən